Göygöldə qəzada xəsarət alanların  adları məlum oldu - YENİLƏNİB
25 avqust 2026 22:37 (UTC +04:00)

Göygöldə qəzada xəsarət alanların adları məlum oldu - YENİLƏNİB

0

Göygöldə baş verən qəzada xəsarət alanların adları məlum olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, xəsarət alanlar 1965-ci il təvəllüdlü Q. Həsənov, 1968-ci il təvəllüdlü G. Həsənova, 1970-ci il təvəllüdlü İ. Əliyeva və 1973-cü il təvəllüdlü Y. Məmmədovadır.

Xəsarət alanlardan Q. Həsənovun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

21:22

Göygöldə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ” ilə “Mercedes” markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı 60  yaşlı R. Məmmədovun öldüyü, bir neçə nəfərin isə xəsarət aldığı bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 455

Oxşar yazılar