Göygöldə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az xəbər verir ki, Məmmədov Ülvi Vidadi oğlu idarə etdiyi "İsuzu NQR" markalı, 77 RX 026 dövlət qeydiyyat nişanlı evakuator avtomobili ilə Göygöl rayonu, Yeni Qızılca kəndi ərazisindən Daşkəsən rayonu istiqamətdə hərəkətdə olarkən yolu keçən piyada Müzakir Abdullayevi vurub.
Piyada almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.