Göygöldə "Niva" aşdı: bir ölü, üç yaralı var-YENİLƏNİB-1
07 dekabr 2025 21:48 (UTC +04:00)

Göygöldə "Niva" aşdı: bir ölü, üç yaralı var-YENİLƏNİB-1

0

Göygöldə “Niva” markalı minik maşınının aşması nəticəsində bir nəfərin ölümü ilə nəticələnən ağır qəza zamanı xəsarət alan şəxslərin kimlikləri məlum olub.

Lent.az  APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində yaralanan 1988-ci il təvəllüdlü M. Məmmədov, 1991-ci il təvəllüdlü Ş. Abbasov, və 1985-ci il təvəllüdlü N. Həsənovdur.

Xəsarət alanlar əvvəlcə Göygöl Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, daha sonra vəziyyətləri nəzərə alınaraq Gəncə şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Abbas Səhhət adına Xəstəxanaya köçürülüblər.

Onların vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.



***
21:47

Göygöldə minik avtomobilinin aşıb deformasiyaya uğraması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az  APA-ya istinadən xəbər verir ki, qəza zamanı 1983-cü il təvəllüdlü M. Kalpanov həyatını itirib.

Hadisə zamanı avtomobildə olan daha 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılır.

Qəza barədə məlumat daxil olduqdan dərhal sonra FHN-in Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin əməkdaşları əraziyə cəlb olunub.

Deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan mərhumun meyiti xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əraziyə polis əməkdaşları cəlb olunub, təhlükəsizlik tədbirləri görülür. Faktla bağlı araşdırma aparılır.



***
20:17

Göygöl rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az  APA-ya istinadən xəbər verir ki, hərəkətdə olan Niva markalı minik avtomobili idarəetməni itirərək yol kənarına aşıb.

Nəticədə bir nəfər hadisə yerində həyatını itirib. Qəza zamanı avtomobil ciddi deformasiyaya uğrayıb.

Hadisə yerinə dərhal FHN-in Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin əməkdaşları və polis cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 892

Oxşar yazılar