Keniyanın şimal-qərbində yük maşınının qəzaya uğraması nəticəsində azı 14 nəfər ölüb.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Keniyanın “The Nation” qəzeti Turkana rayonunun polis rəisi Lemmi Njiraya istinadən məlumat yayıb.
O qeyd edib ki, axşam saatlarında insanları daşıyan yük maşını sürücüsü yolda olan dəvə ilə toqquşmaqdan yayınmaq istəyərkən aşıb. Hadisə nəticəsində 12 nəfər də yaralanıb.