Bakıda həbsxanada daha bir məhkum ölüb.
Lent.az-ın məlumatına görə, hadisə Penitensiar xidmətin cəzaçəkmə müəssislərindən birində qeydə alınıb.
Orada cəza çəkən məhkum Rəhim Talıb oğlu Xəlilov qəfildən ölüb.
Onun ölüm səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, R. Xəlilov 2012-ci ildə həbs edilib. O, Cinayət Məcəlləsinin 10 maddəsi ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib.
Onu da qeyd edək ki, Rəhim Xəlilov 2-ci qrup Çernobıl əlili olub.