Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Ələt-Astara magistralının 186-cı kilometrliyində, Biləsuvar rayonu ərazisində qeydə alınıb. "Ford" markalı yük avtomobili "Opel" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində 5 nəfər xəsarət alıb.
Xəsarət alanlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.
Faktla bağlı araşdırma aparılır.