Bakının mərkəzində evdən 10 minlik OĞURLUQ
14 aprel 2022 13:29 (UTC +04:00)

Bakının mərkəzində evdən 10 minlik OĞURLUQ

Bakıda ev qarət olunub.

Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, aprelin 12-nə keçən gecə İ.Məmmədov küçəsindəki evlərin birindən 10 min manat dəyərində 2 ədəd televizor, kompüter, planşet, kinoteatr və internet avadanlığı oğurlanıb.

Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Vüqar Tapdıqzadə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1578
avatar

Mehman Nəbiyev

Oxşar yazılar