Bakıda taksi sürücüsü gənc aktrisaya qarşı seksual hərəkətlər edib? - İDDİA
17 iyul 2021 10:41 (UTC +04:00)

Bakıda taksi sürücüsü gənc aktrisaya qarşı seksual hərəkətlər edib? - İDDİA

Bakıda taksi sürücüsü gənc qıza qarşı seksual hərəkətlər edib.

Lent.az-ın məlumatına görə, bu barədə həmin sərnişin Lalə Süleymanova özünün “Tvitter” hesabında məlumat paylaşıb.

O bildirib ki, “BOLT” şirkətindən taksi sifariş edib və həmin taksinin sürücüsü ona qarşı seksual hərəkətlərə yol verib:

“Bu gün "BOLT" taksi sürücüsü tərəfindən təcavüzə məruz qalmışam. Sürücü dəfələrlə arxaya çönüb ayaqlarıma baxaraq, cinsi orqanına toxunurdu. Qorxumdan pəncərəyə tərəf boylanmışdım ki, nəsə olsa qışqrıım. Utanmadan sanki harasa baxırmış kimi əyilib ayaqlarıma baxırdı. Polisə şikayət etdim, ərizə yazacam”. 

Qeyd edək ki, L.Süleymanova gənc aktrisadır.

 

Sərnişin qızın yazdığı tvit

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5481
avatar

Mehman Nəbiyev

Oxşar yazılar