Bakıda qəza - Kişi  KOMAYA   düşdü
12 may 2022 04:25 (UTC +04:00)

Bakıda qəza - Kişi KOMAYA düşdü

Bakının Nizami rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə metronun "Xalqlar Dostluğu" stansiyası yaxınlığında baş verib.

Belə ki, 1985-ci il təvəllüdlü Xankişiyev İntiqam Vaqif oğlu yolu keçərkən onu “Mercedes” markalı minik maşını vurub.

Yaralı xəstəxanaya çatdırılıb. Lakin həkimlər piyadanın xəstəxanaya daxil olarkən vəziyyətinin ağır olduğunu bildirib.

Hazırda yaralı komatoz vəziyyətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1839
avatar

Oxşar yazılar