Bakı sakinindən külli miqdarda narkotik maddələr aşkarlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Maştağa qəsəbə sakini Elnur Babayevdən 244 qramdan artıq marixuana aşkar edilib.
Davam etdirilən tədbirlərlə onun Pirşağı qəsəbəsindəki bağ evinə baxış zamanı oradan əlavə 7 kiloqram 20 qram marixuana, həyətindəki istixanadan isə kultivasiya yolu ilə yetişdirilmiş 8853 ədəd çətənə kolu aşkar edilərək götürülüb.