Bakıda ofis və mağazaların olduğu ərazidə YANĞIN
01 aprel 2022 09:37 (UTC +04:00)

Bakıda ofis və mağazaların olduğu ərazidə YANĞIN

Bakıda anbarda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, paytaxtın Binəqədi rayonunda ümumi sahəsi 750 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən (ofis və mağazalar) sahəsi 271 m² olan mağazanın anbarında taxtadan ibarət arakəsmə divar 8 m² sahədə və qismən ərzaq malları yanıb. Yüksək temperaturdan 1 ədəd ödəniş terminalı və 1 ədəd kondisioner qarsalanıb. Mağazanın qalan hissəsi və bitişik digər obyektlər yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

# 1320
avatar

Mehman Nəbiyev

Oxşar yazılar