Bakıda market qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, ötən il noyabrın 25-də və 29-da rayon ərazisindəki marketlərin birindən 7550 manat oğurlanıb.
Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri S.Göyüşov, F.Sultanzadə və əvvəllər məhkum olunmuş E.Seyidov saxlanılıblar.