Bakıda mağaza və anbar YANDI - YENİLƏNİB
25 mart 2022 14:55 (UTC +04:00)

Bakıda mağaza və anbar YANDI - YENİLƏNİB

Bakının Xəzər rayonu Mərdəkan qəsəbəsindəki mağaza və anbarda başlayan yanğın söndürülüb.

Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

***

14:08

Bakıda mağazada yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində tikinti materialları satışı mağazası və anbarında yanğın olması barədə nazirliyin qaynar xəttinə məlumat daxil olub. Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

# 2580
avatar

Mehman Nəbiyev

Oxşar yazılar