Qubad İbadoğlu Azərbaycanı tərk etdi
29 sentyabr 2026 14:08 (UTC +04:00)

Qubad İbadoğlu Azərbaycanı tərk etdi

0

İqtisadçı Qubad İbadoğlu Azərbaycanı tərk edərək, Almaniyaya gedib.

Lent.az xəbər verir ki, bu barədə onun qızı Jalə Bayramova bildirib.

Onun sözlərinə görə, atası müayinə və müalicə üçün Almaniyaya uçub.

Qeyd edək ki, Q.İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunub.

Onun barəsində 2023-cü ilin iyulun 24-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi. 

2024-cü ilin aprel ayında isə Nərimanov Rayon Məhkəməsində keçirilən məhkəmə iclasında Qubad İbadoğlunun ev dustaqlığına buraxılması ilə bağlı qərar qəbul olunub.

Məhkəmə Qubad İbadoğlunun və yaxınlarının ölkədən çıxışına qadağa qoymuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 576

Oxşar yazılar