Bakıda evin həyətində kişi meyiti tapılıb.
Lent.az xəbər verir ki, hadisə Qaradağ rayonu Ələt qəsəbəsi, Şıxlar massivində qeydə alınıb.
59 yaşlı Niftaliyev Arif Qaraxan oğlu yaşadığı evin həyətində ölü halda tapılıb. Mərhumun hansı səbəblə öldüyü bilinmir.
Araşdırma aparılır.