Bakıda gənc qız qarət olunub.
Lent.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl paytaxtın Nəsimi rayonunda qeydə alınıb.
Zərərçəkmiş Kəmalə Şərifova (ad soyad şərti) imtahan əsnasında sırğalarını çıxararaq partanın üstünə qoyub. Bu zaman həmin sırğalar naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb.
Faktla bağlı ərazi üzrə polisə məlumat verilib.
Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı hadisəni törədənlər saxlanılıb. Oğurlanan sırğalar zərərçəkmişin özünə qaytarılıb.