Bakıda evdən oğurluq olub.
Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, fevralın 21-də Xəzər rayonu ərazisindəki evlərin birindən 4000 manat dəyərində kombi aparatı oğurlanıb.
Xəzər rayon Polis İdarəsi 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Ş.Abbasov saxlanılıb.