Bakıda faciəli hadisə baş verib.
Lent.az xəbər verir ki, hadisə Yasamal rayonu, X.Mustafayev küçəsində yerləşən 16 mərtəbəli binada qeydə alınıb.
Orada yaşayan, 1996-cı il təvəllüdlü Anar Zahir oğlu Ağayev 8-ci mərtəbədən yıxılaraq ölüb.
Faktla bağlı Yasamal rayon prokurorluğu tərəfindən araşdırma aparılır.