Bakının Sabunçu rayonunda oğurluq hadisəsi olub.
Lent.az xəbər verir ki, iki zərərçəkmiş polisə müraciət edərək ümumilikdə 10000 manat dəyərində məişət əşyalarının talanmasını bildiriblər.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə V.Məmmədov və əvvəllər məhkum olunmuş R.Əliyev şübhəli şəxs qismində saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.