Bacanaqlar arasında  DAVA: Bıçaqlanan   var
25 dekabr 2022 04:16 (UTC +04:00)

Bacanaqlar arasında DAVA: Bıçaqlanan var

Masazır qəsəbəsində qohumlar arasında dava düşüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Əliağa Vahid küçəsində qeydə alınıb.

Belə ki, 1974-cü il təvəllüdlü Hüseynov Əmir Bəhruz oğlunun bacanağı ilə mübahisəsi davaya çevrilib. 

Dava zamanı Ə.Hüseynov bıçaqlanıb. 

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2304
avatar

Oxşar yazılar