Azərbaycanlıların  ermənidən aldıqları   spirtdən hazırladığı içkidən ölənlərin SON SAYI
14 iyun 2023 19:35 (UTC +04:00)

Azərbaycanlıların ermənidən aldıqları spirtdən hazırladığı içkidən ölənlərin SON SAYI

Rusiyada iyunun 3-dən indiyədək biri uşaq olmaqla 35 nəfər surroqat alkoqoldan zəhərlənərək ölüb. 

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko məlumat verib. O əlavə edib ki, beşi uşaq olmaqla 106 nəfər içkidən zərər çəkib.

Xatırladaq ki, daha əvvəl Rusiyanın bir sıra regionlarında alkoqoldan zəhərlənmə halları, o cümlədən ölüm halları barədə məlumat yayılıb. Əksər hallar Samarada istehsal olunan "Mister Sidr" adlı spirt tərkibli içkinin istifadəsi ilə bağlıdır.

Kütləvi zəhərlənmə işində şübhəli bilinən şəxslər Dmitri və Aleksey Yeqorovlardır. İstintaq hesab edir ki, onlar may ayında polis əməkdaşı İvan Qrebenkinlə birlikdə 6 ton metil spirti oğurlayıblar. Müstəntiqlərin fikrincə, spirtli içki Artyom Ayrapetyana satılıb. Sonuncu “Andi” Məhdud Məsuliyyətli Cəmiyyətin sahibi Anar Hüseynova qanunsuz tədarüklər həyata keçirib.

Dmitri Yeqorov və Qrebenkinlə bağlı spirt oğurlanması faktı ilə bağlı cinayət işi açılıb. Onlar günahlarını etiraf ediblər. Məhkəmə hər ikisini avqustun 8-dək həbs edib. Ayrapetyan avqustun 4-dək həbsdə qalacaq. Aleksey Yeqorov axtarışa verilib. “Andi”nin sahibi Hüseynov da saxlanılıb. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2376
avatar

Oxşar yazılar