Azərbaycanda  şair   məhkəməyə verildi
01 aprel 2022 10:30 (UTC +04:00)

Azərbaycanda şair məhkəməyə verildi

Göyçayda avtomobil cərimələrini ödəməyən şəxs məhkəməyə verilib.

Lent.az-ın məlumatına görə, rayon sakini Nuriyev Qalib Arif oğlu yol hərəkəti qaydalarını pozduğu üçün Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində müvafiq qayda pozuntusuna əsasən, protokol tərtib olunub. Lakin o, tərtib olunan cərimələri ödəmədiyi üçün barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü (Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə) maddəsilə protokol tərtib olunub.

Protokol baxılması üçün Göyçay rayon Məhkəməsinə göndərilib. İş hakim İbrahim Fəttahovun icraatına verilib.

Qeyd edək ki, Q. Nuriyev şair və yazıçıdır. Onun bir neçə poema və təmsil kitabları işıq üzü görüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3941

Oxşar yazılar

Zaur Məhərrəmov 87 yaşında vəfat etdi

Zaur Məhərrəmov 87 yaşında vəfat etdi

24 avqust 2025 , 01:32
Gəncədə işıq dirəyi aşdı, yeniyetməni "tok" vurdu

Gəncədə işıq dirəyi aşdı, yeniyetməni "tok" vurdu

23 avqust 2025 , 23:03
Beyləqan sakini ot tayasından  yıxılıb öldü

Beyləqan sakini ot tayasından yıxılıb öldü

23 avqust 2025 , 22:11
Gəncədə DƏHŞƏT:  oğul 60 yaşlı atasını bıçaqladı

Gəncədə DƏHŞƏT: oğul 60 yaşlı atasını bıçaqladı

23 avqust 2025 , 21:35
Bakıda oteldə YANĞIN

Bakıda oteldə YANĞIN

23 avqust 2025 , 19:13
Ağdamda yanğın törədən saxlanıldı

Ağdamda yanğın törədən saxlanıldı

23 avqust 2025 , 18:23
Ağstafada "Prado" aşdı, ölən var

Ağstafada "Prado" aşdı, ölən var

23 avqust 2025 , 18:05
Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

23 avqust 2025 , 17:35