Mingəçevirdə evdən partlayıcı sursat aşkarlanıb.
Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Mingəçevir şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində nartotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş F.Bayramov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanıb.
Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı 156 qramdan artıq heroin, 440 qram tiryək və 1 ədəd qumbara götürülüb.