Salyanda ölümlə nəticələnən yol qəzası olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə aprelin 11-də saat 17 radələrində Salyan şəhəri ərazisində qeydə alınıb.
Bakı şəhər sakini M.Abıyev idarə etdiyi “Hyundai” markalı avtomobili aşırıb. Nəticədə sərnişini, bacısı Nigar hadisə yerində ölüb, özü və həyat yoldaşı isə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.