Narkotik gizlədilən çən
10 noyabr 2021 17:37 (UTC +04:00)

Narkotik gizlədilən çən

Azərbaycan sərhədində 600 kilodan çox heroin ələ keçirildi - VİDEO - YENİLƏNİB

İki fakt üzrə ümumi çəkisi 622 kiloqram 075 qram olan narkotik vasitənin gömrük nəzarətindən gizlədilərək keçirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, əməliyyat məlumatına əsasən, Cənub Ərazi Baş Gömrük İdarəsinin "Astara" gömrük postunda İran vətəndaşı Farangız Rahmanı Alkamı tərəfindən göndərilən, Azərbaycan ərazisindən tranzit keçməklə Moldovaya "kişmiş" yükü aparan "Renault" markalı yük avtomobili saxlanılıb. 

Sorğu-sual zamanı sürücü idarə etdiyi avtomobildə yük sənədlərində göstərilən "kişmiş" yükündən başqa gömrük nəzarətindən gizlədilən və gömrük nəzarətinə bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

Lakin həmin nəqliyyat vasitəsinə kinoloji xidmət iti tətbiq edilməklə keçirilən yoxlama zamanı xidməti it avtomobilin dartıcısının sol ətrafına reaksiya verib. Daha sonra nəqliyyat vasitəsi rentgen qurğusundan keçirilən zaman avtomobilin sol yanacaq çəninin içərisində sıxlıq müşahidə edilib. Yük avtomobilinin ətraflı yoxlanılması zamanı isə yanacaq çəninin kustar üsulla metal lövhə ilə iki hissəyə bölündüyü məlum olub. Baxış zamanı iki hissəyə bölünmüş yanacaq çəninin bir hissəsində qablaşdırılması ilə birlikdə çəkisi 301 kiloqram 475 qram olan narkotik vasitə - heroin aşkarlanıb.

Digər əməliyyat məlumatına əsasən isə Azərbaycan vətəndaşının idarə etdiyi "DAF" markalı yük avtomobili Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunda saxlanılıb.

Azərbaycandan tranzit keçməklə Moldovaya "Qabıqlı püstə" və "xurma" yükü aparan həmin avtomobil "Samur" gömrük postunda rentgen qurğusundan keçirilən zaman şübhəli təsvirlər müşahidə edilib. Baxış zamanı bu avtomobilin yanacaq çəninin də metal lövhə ilə iki hissəyə bölündüyü, bir hissədə dizel yanacağı, digər hissədə isə qablaşdırılması ilə birlikdə çəkisi 320 kiloqram 600 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

***
Saat: 14:58

Külli miqdarda narkotik maddənin ölkəyə keçirilməsinin qarşısı alınıb 

Lent.az-ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev özünün sosial şəbəkə hesabında paylaşım edib. Sədr bildirib ki, gömrükçülərin keçirdikləri tədbir zamanı 622 kiloqramdan çox olan heroinin Azərbaycanın gpmrük sərhədindən keçirilməsinin qarşısı alınıb.

İranla sərhəddən 622 kilo heroin tapıldı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2292

Oxşar yazılar

Polisdən ƏMƏLİYYAT:  İran vətəndaşları saxlanıldı

Polisdən ƏMƏLİYYAT: İran vətəndaşları saxlanıldı

31 mart 2025 , 11:15
Şəkidə piyada yolda CAN VERDİ

Şəkidə piyada yolda CAN VERDİ

31 mart 2025 , 10:03
Gəncədə 76 yaşlı kişini  maşın vurub öldürdü

Gəncədə 76 yaşlı kişini maşın vurub öldürdü

31 mart 2025 , 00:28
Gəncədə yeniyetmə dəm qazından  zəhərləndi

Gəncədə yeniyetmə dəm qazından zəhərləndi

30 mart 2025 , 22:01
Bakıda mənzildə meyit tapıldı

Bakıda mənzildə meyit tapıldı

30 mart 2025 , 19:44
Bakıda binada yanğın-VİDEO

Bakıda binada yanğın-VİDEO

30 mart 2025 , 19:01
Ucarda qəza: Bir ailənin  3 üzvü   yaralandı -YENİLƏNİB

Ucarda qəza: Bir ailənin 3 üzvü yaralandı -YENİLƏNİB

30 mart 2025 , 18:45
Göygöldə qadın ikinci mərtəbədən yıxıldı

Göygöldə qadın ikinci mərtəbədən yıxıldı

30 mart 2025 , 18:01