İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu beynəlxalq axtarışda olan şəxsi həbs edib.
Lent.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə beynəlxalq axtarışda olan, 1980-ci il təvəllüdlü Asif Məlikov İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən Gürcüstanda saxlanılıb.
Hazırda onun Azərbaycana ekstradisiyası üçün tədbirlər görülür.