Perm vilayətinin Kultaevo kəndində uşaq arabasındakı yanğın nəticəsində körpə ölüb.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, hadisə körpənin valideynlərinin ehtiyatsızlığı nəticəsində baş verib. Uşaq sərxoş ana və ata yatarkən ölümcül yanıq xəsarətləri alıb. Ailənin qonşuları hadisə barədə sosial şəbəkələrdə məlumat veriblər.
İddia edilir ki, ana və ata uşaq arabasındakı yanğının böyük uşağın zarafatlarından qaynaqlandığını sübut etməyə çalışırlar. Valideynlər bildirir ki, böyük uşaqları alışqanla oynayıb və təsadüfən körpənin örtüldüyü yorğanı yandırıb.
Məlum olub ki, mərhumun valideynləri hüquq-mühafizə orqanlarında qeydiyyatdadır, ailə disfunksional hesab olunur.