Qaradağ rayonu Ələt qəsəbəsində yaşayan 21 yaşlı Böyükağa Ruslan oğlu Nəzərov ötən ilin sentyabrında yaşadığı evdən çıxaraq, bir daha geri qayıtmayıb.
Lent.az-ın məlumatına görə, ailəsi aylarla onun qayıdacağına ümid etsə də, nəticəsiz qalıb. Övladlarından 8 ay xəbər çıxmayan ailə indi polisə müraciət etmək qərarına gəlib.
Daxil olan müraciət əsasında Qaradağ polisi axtarışlara başlayıb.