Saatlıda silahlı insident: 1 ölü
0
0
Aprelin 10-da axşam saatlarında Saatlı rayonunda qətl hadisəsi törədilib.
Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Qaranuru kənd sakini, 30 yaşlı Rövşən Əliyev ov tüfəngi ilə 41 yaşlı Vüqar Kazımovu güllələyib. O, tüfənglə həmkəndlisini başından vurub. V.Kazımov aldığı güllə yarasından yerindəcə keçinib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb. R.Əliyev saxlanılıb.
Nizam RZA