Metronun “İçərişəhər” stansiyası yenidən bağlanacaq
Stansiyada eskalator təmirə dayanıb
Bakı Metropoliteninin "İçərişəhər" stansiyasında eskalatorlardan biri təmirə dayanıb. Səbəb həmin eskalatorun texniki istismar müddətinin başa çatmasıdır. Buna görə də bir il əvvəl yenidən qurulan stansiyada 1 saylı eskalator iyunun 8-dən təmirə dayanıb. Rəhbərlik eskalatorlar Almaniya istehsalı olan yüksək keyfiyyətli eskalatorlarla dəyişmək niyyətindədir.
Tikilən Metropoliten İdarəsinin rəisi Arif Rəsulov Lent.az-a bildirib ki, hazırda işləyən eskalatorlar köhnə texnologiyaları əsasında istehsal edildiyindən onların sıradan çıxmış qurğularla yenilənməsində çətinlik yaranır. Çünki onlar köhnə modellər olduğundan ehtiyat hissələri istehsal olunmur. Həmçinin köhnə modelli eskalatorların təhlükəsizlik sistemi müasir eskalatorlardan 3 dəfə aşağıdır. Onun sözlərinə görə, texnoloji baxımdan olduqca keyfiyyətli olan yeni eskalatorlar qurğularının hər hansı hissəsində nasazlıq yarandığı təqdirdə hərəkətə keçməməyi sayəsində də olduqca əlverişlidir.
Arif Rəsulov qeyd edib ki, yaxın vaxtlarda "İçərişəhər" stansiyası sərnişinlər üçün tamamilə bağlı elan olunacaq. Ancaq bu, qısa müddətli olacaq və yeni eskalatorlar quraşdırıldıqdan sonra yenidən sərnişinlərin istifadəsinə veriləcək. Onun sözlərinə görə, stansiyada eskalatorların yenilənməsi prosesi başa çatdıqdan sonra 1 il müddətində müşahidələr aparmaqla yeni eskalatorların nə qədər əlverişli olub-olmadığı dəqiqləşdiriləcək. Bundan sonra digər stansiyalarda da yenidənqurma proses həyata keçiriləcək.
"İçərişəhər" stansiyasında eskalatorlardan birinin təmirə dayanması hələ ki, sərnişinlər arasında sıxlıq yaratmayıb və qatarlar öz qrafiki üzrə hərəkətini davam etdirir.
Adı çəkilən stansiyada 2005-ci ilin iyunun 8-də eskalatorlardan birində yaranan nasazlıq üzündən qəza baş vermiş, hadisə nəticəsində 1 nəfər dünyasını dəyişmiş, bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətlər almışdı.
Elxan SALAHOV

807