Türkiyədə restoran sahibi azərbaycanlı qadının üstünə benzin töküb od vurdu
25 iyun 2009 13:30 (UTC +04:00)

Türkiyədə restoran sahibi azərbaycanlı qadının üstünə benzin töküb od vurdu

42 yaşlı ofisiant qadının üzərində əməliyyat aparılıb

Türkiyənin Əskişəhər vilayətində restoran sahibi azərbaycanlı qadını yandırmağa cəhd edib.


Lent.az-ın “hurriyet”ə istinadən məlumatına görə, 40 yaşlı restoran sahibi yanında ofisiant işləyən azərbaycanlı qadını öldürmək istəyib. Hadisə bu gecə yerli vaxtla 04.00 radələrində baş verib. Spirtli içkinin sərbəst olduğu restoranın sahibi Nihad Xoruzla azərbaycanlı ofisiant, 42 yaşlı Muxmənat Abdullayeva arasında mübahisə olub. Nəticədə restoran sahibi qadının üstünə benzin tökərək alışqanla od vurub.

Restoran işçiləri dərhal müdaxilə edərək, alovu söndürüblər. Qadının paltarları yanıb, özü isə yanıq xəsarətləri alıb. Xəstəxanaya çatdırılan Abdullayevanın üzərində əməliyyat aparılıb, hazırda onun səhhəti qənaətbəxşdir.

Nihad Xoruz polisə aparılıb, ifadəsi alınandan sonra sərbəst buraxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 789

Oxşar yazılar

İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56