İrəvanda kürd əsilli ailənin 4 üzvünün başını kəsdilər
Amansızlıqla qətlə yetirilən ailənin PKK terrorçularına yardım etdiyi bildirilir
Ermənistanın paytaxtı İrəvanda bir ailənin 4 üzvünün başı kəsilib.
Lent.az-ın məlumatına görə, amansızlıqla qətlə yetirilən kürd əsilli üzvləri arasında 13 yaşlı oğlan da var. İrəvanın Asterake kəndində yaşayan 60 yaşlı Məcid Hasoyan, 55 yaşlı Zərif Hasoyan, 37 yaşlı Nərinə Hasoyan və 13 yaşlı Tengizə Hasoyan evlərində öldürülüblər.
Kənd sakinləri bildiriblər ki, adı açıqlanmayan 2 erməni gecə vaxtı Məcid Hasoyanın evinə basqın edib. Ev sahibinin, onun arvadının, qızının və oğlunun başını kəsən qatillər hadisə yerindən qaçıblar.
Keçirilən əməliyyat nəticəsində 47 və 51 yaşlı 2 erməni tutulub. Hüquq-mühafizə orqanları cinayətin səbəbləri barədə heç bir açıqlama verməsə də, Hasoyan ailəsinin PKK terror təşkilatına yardım etdiyi bildirilir.
Qeyd edək ki, son vaxtlar İran, Türkiyə, İraq, Suriya və Avropa ölkələrində keçirilən əməliyyatlar nəticəsində PKK terrorçuları çətin vəziyyətə düşüblər. Terrorçular onlar üçün daha rahat olan Ermənistana üz tutublar. Bu səbəblə ermənilərlə orada yaşayan kürdlər arasında ciddi narazılıqlar başlayıb.

567