Lent.az-ın 1 yaşı tamam oldu
24 iyun 2009 14:00 (UTC +04:00)

Lent.az-ın 1 yaşı tamam oldu

2008-ci il 25 iyunda internet istifadəçilərinin görüşünə gələn Lent.az bu qısa müddət ərzində oxucuların həm etibarlı informasiya mənbəyinə, həm də sevimli dostuna çevrilə bildi. Maraqlı layihələri, eksklüziv xəbərləri, yenilikləri ilə ətrafına geniş oxucu kütləsi toplaya bilən Lent.az hazırda Azərbaycan dilli internet media resursları arasında liderdir. Bu nailiyyət isə təbii ki, yorulmaz fəaliyyətin, tərəfsizliyin və oxucu zövqünə xidmətin nəticəsidir.

Ötən bir il ərzində Lent.az-ın böyüməsi və tanınması üçün bizə yardımçı olmuş hər kəsə - həmkarlarımıza, oxucularımıza, dostlarımıza, ziyalı və sənətçilərimizə, siyasət və elm adamlarımıza, ölkədən və xaricdən bizə dəstəyini əsirgəməyən insanların hər birinə təşəkkürümüz var.

Lent.az-ın yorulmaz kollektivinə ayrıca təşəkkürlər. Bu bir ildə həm format, həm də ideya olaraq yeni bir media quruluşunu səhnəyə çıxarmaq, tanıtmaq, etimad qazandırmaq, sevdirmək məhz bu kollektivin əməyi sayəsində mümkün oldu. Bu işin ideya müəllifindən tutmuş, ən sonuncu işə qəbul olunan əməkdaşımıza qədər hər kəsin Lent.az-a verdiyi könül və zəhmət payını unutmuruq.

Qarşıda isə daha böyük işlər, daha geniş planlar dayanır. İnternet media orqanı olması baxımından, Lent.az yeni təşəkkül tapmaqda olan bu sahənin ilk qaranquşlarından sayılır. Hazırda yerli və beynəlxalq təşkilatların, media institutlarının bu sahəyə diqqət verməsi internet mediasının inkişaf perspektivlərinin geniş olduğunu, başqa sözlə, hələ işləməyə xeyli əsaslar olduğunu deməyə əsas verir.

Hələliksə bu günlərdə bizə təbriklərini əsirgəməyən hər kəsə təşəkkür, Lent.az-ın oxucularını, yaradıcılarını, dostlarını, rəqiblərini isə təbrik edirik!

Hər il bir addım qabağa!
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1311

Oxşar yazılar

Yasamalda KÜTLƏVİ HƏBSLƏR

Yasamalda KÜTLƏVİ HƏBSLƏR

28 iyun 2024 , 16:33
"Tural, səni çox sevirdim" - Güllələnən oğlanın sevgilisi

"Tural, səni çox sevirdim" - Güllələnən oğlanın sevgilisi

28 iyun 2024 , 16:19
İnterpoldan ƏMƏLİYYAT:  Azərbaycanlı tutuldu

İnterpoldan ƏMƏLİYYAT: Azərbaycanlı tutuldu

28 iyun 2024 , 16:09
Bakıda Atatürk parkında  restoran yandı - YENİLƏNİB

Bakıda Atatürk parkında restoran yandı - YENİLƏNİB

28 iyun 2024 , 15:15
Xəzərin Azərbaycan sektorunda 200 min dollarlıq  QAÇAQMALÇILIQ

Xəzərin Azərbaycan sektorunda 200 min dollarlıq QAÇAQMALÇILIQ

28 iyun 2024 , 14:09
Ramin Hacılının cəzası azaldıldı

Ramin Hacılının cəzası azaldıldı

28 iyun 2024 , 13:00
İrandan Azərbaycana 165 kilo narkotik  keçirmək istədilər

İrandan Azərbaycana 165 kilo narkotik keçirmək istədilər

28 iyun 2024 , 12:38
Bakıda bahalı iti   oğurlayan TUTULDU

Bakıda bahalı iti oğurlayan TUTULDU

28 iyun 2024 , 12:34