Müdafiə Nazirliyində həbslər
Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində (TTM) baş verən qanun pozuntuları ilə bağlı adıçəkilən hərbi hissənin bir qrup yüksək rütbəli zabiti istintaqa cəlb olunub.
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, general-mayor Lənkəran Əliyev TTM rəisi vəzifəsindən çıxarıldıqdan sonra hərbi hissənin əksər xidmət sahələrində yoxlamalar başlanıb.
Yoxlama nəticəsində TTM-də küllü miqdarda yeyinti faktı müəyyənləşdirilib, Cinayət Məcəlləsinin mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə cinayət işi başlanılıb. TTM-in Avtomobil Xidməti rəisi, polkovnik-leytenant Arif Məmmədov, daxili əmrlə Mənzil İstismar Xidmətinin rəisini əvəzləyən, polkovnik-leytenant Elşən Abbasov, təlim transportyor bölüyünün komandiri, müddətdən artıq hərbi qulluqçuların bölük komandiri, kapitan Xanəhmədov (adını müəyyənləşdirmək hələlik mümkün olmayıb – APA), yanacaq anbarının rəisi, baş gizir Fikrət Abbasov barəsində həbs-qətimkan tədbiri seçilib.
TTM-in Əşya Xidməti rəisi, mayor Nazim Həsənov və Maliyyə Xidməti rəisi, polkovnik-leytenant İntiqam Mövlanverdiyev isə istintaqa cəlb olunublar. Məlumatda o da bildirilir ki, general-mayor Lənkəran Əliyevin də cinayətlə bağlı ifadəsi alınıb, onun bu məsələlərlə bağlılığı araşdırılır.
Respublika Hərbi Prokurorluğunun və Müdafiə Nazirliyinin mətbuat xidmətlərindən məlumat almaq mümkün olmayıb.

1156