Narazı şagirdlər Təhsil Nazirliyinin qarşısına toplaşıb
Misir Mərdanov: “Narazı qalan hər bir şagirdin şikayətini araşdırmağa, onların özlərinin gözü qarşısında nəticələri yenidən yoxlamağa hazırıq”
Bir qrup şagird və onların valideynləri təhsil Nazirliyinin qarşısına toplaşıblar. Onların hamısı buraxılış imtahanlarında “2” almış şagirdlər və onların valideynlərdir. Şikayətçilər imtahan nəticələrinin düzgün qiymətləndirilməməsindən narazıdırlar.
Valideynlər Lent.az-a bildiriblər ki, onlar imtahan nəticələrinin yenidən yoxlanılmasını və qiymətləndirmə zamanı yol verilmiş nöqsanların aradan qaldırılmasını tələb edirlər. Bu səbəbdən də onlar apelyasiya şikayəti vermək üçün nazirliyin qarşısına toplaşıblar.
Təhsil naziri Misir Mərdanov isə bu gün keçirdiyi mətbuat konfransında deyib ki, imtahanların nəticələrindən narazı qalan şagirdlər və onların valideynləri təhsil Nazirliyində yaradılmış apelyasiya komissiyasına müraciət etməlidir: “Bu komissiya iyunun 22-dən 30-dək fəaliyyət göstərəcək. Bu dövr ərzində nəticələrdən narazı qalan hər bir şagirdin şikayətini araşdırmağa, onların özlərinin gözü qarşısında nəticələri yenidən yoxlamağa hazırıq. Haqlı çıxsalar, onların qiymətlərini də düzəldəcəyik. Ancaq imtahandan “qeyri-kafi” alanlar üçün heç bir halda təkrar imtahan keçirilə bilməz”.
Nazir qeyd edib ki, imtahanın nəticələri əvvəlki illə müqayisədə yaxşıdır və bu, özünü nəticələrdən narazı qalanların sayının az olmasında da göstərir: “Bu imtahan bizim üçün bir sınaq idi. Çünki ötən il xeyli sayda şagird və onların valideynləri nəticələrdən narazı idi. Bu il isə şikayətçilərin sayı xeyli azdır və bu, o deməkdir ki, şagirdlər daha yaxşı təhsil almağın vacibliyini başa düşürlər. Ancaq orta təhsil proqramını minimum səviyyədə mənimsəyə bilməyən şagirdlərə attestat verilməyəcək”.
Elxan SALAHOV

666