Terrorçunun atası Moskvadan Bakıya gətirilir
Əsəd Qədirov: “Oğlumun Bakıya kimin yanına getdiyini dəqiq bilmirəm”
“İstintaqa ifadə vermək və təhqiqat işinə yardım göstərmək üçün bu gün Azərbaycan Daxili İşlər Nazirliyinin nümayəndəsinin müşayiəti ilə Bakıya uçacağam”.
Bu eksklüziv açıqlamanı APA-nın Moskva müxbirinə Azərbaycan Dövlət Neft Akademiyasında terror aktı törətmiş Fərda Qədirovun atası Əsəd Qədirov verib.
Oğlunun son zamanlar dini ekstremist ədəbiyyata maraq göstərib-göstərmədiyi barədə sualı cavablandıran Əsəd Qədirov bildirib ki, bu barədə ümumiyyətlə heç bir məlumata malik deyil: “Əgər bu mənada nə isə baş veribsə, bu, apreldə onun Bakıya getməsindən sonra baş verə bilər. Oğlumun Bakıya kimin yanına getdiyini dəqiq bilmirəm, amma hətta bu mənada da nə isə baş veribsə, məhz aprel ayında olub. Əslində heç nəyi təsdiqləyə bilmirəm, çünki məndə heç bir məlumat yoxdur. Yalnız onu deyə bilərəm ki, ədəbiyyatla maraqlanmayıb, ümumiyyətlə çox az mütaliə edirdi. Amma televizora həddən artıq çox baxırdı”.
Əsəd Qədirov Bakıda nə qədər qalacağını bilmədiyini deyib: “Təhqiqat işi ilə bağlı istintaqla nə qədər lazımdırsa, əməkdaşlıq etməyə hazıram”. Qeyd edək ki, 1949-cu il aprelin 1-də anadan olmuş Əsəd Qədirov Rusiya vətəndaşıdır.

1429