Azərbaycanlılar Əhmədinejata ayaqqabı atdı!
07 mart 2009 13:30 (UTC +04:00)

Azərbaycanlılar Əhmədinejata ayaqqabı atdı!

Bir neçə nəfər şübhəli şəxs qismində həbs olunub
Martın 5-də Güney Azərbaycanın Urmiya şəhərində səfərdə olan İran prezidenti Mahmud Əhmədinejad yerli sakinlərin kəskin etirazıyla qarşılanıb. Lent.az-ın www.D-A-K.org-a istinadən verdiyi məlumata görə, şəhərin mərkəzi küçələrindən üstüaçıq avtomobildə ayaq üstündə əhaliyə əli ilə salam verən Mahmud Əhmədinəjada tərəf əhalinin sıx yerindən ayaqqabı atılıb.
“Ettelaat” əməkdaşları və polislər dərhal həmin istiqamətə hucum ediblər. Lakin onlar ayaqqabı atan şəxsi müəyyənləşdirə bilməyiblər. Bir neçə nəfər şübhəli şəxs kimi həbs olunub. Bundan əlavə, Mütəhhəri küçəsindən keçən zaman Mahmud Əhmədinejadın maşın karvanına daxil olan muhafizə avtomobillərindən biri məktub vermək üçün yola çıxmış yaşlı bir kişini vurub və heç nə olmamış kimi yollarına davam ediblər. Əhali yaralanmış kişiyə yardım məqsədiilə hadisə yerinə toplanaraq etiraz etməyə başlayıblar. Nəticədə polis və təhlükəsizlik əməkdaşlarıyla əhali arasında qarşıdurma baş verib. Təcili yardım maşını yaralanmış soydaşımızı xəstəxanaya aparıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1369

Oxşar yazılar

Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00
Şəmkirdə yaşayış evində partlayış  baş verdi

Şəmkirdə yaşayış evində partlayış baş verdi

14 dekabr 2024 , 08:43
Güclü külək Zaqatalada fəsadlar törətdi

Güclü külək Zaqatalada fəsadlar törətdi

14 dekabr 2024 , 08:19
Bakıda BƏDBƏXT HADİSƏ:  Yeniyetmə məşqdə boğulub öldü

Bakıda BƏDBƏXT HADİSƏ: Yeniyetmə məşqdə boğulub öldü

14 dekabr 2024 , 03:10
Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü

Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü

13 dekabr 2024 , 19:46
11 yaşlı məktəbli qız özünü asdı

11 yaşlı məktəbli qız özünü asdı

13 dekabr 2024 , 19:07
Evdə ana və 3 uşağının  meyiti tapıldı

Evdə ana və 3 uşağının meyiti tapıldı

13 dekabr 2024 , 18:15