Bakıda məktəbli oğlanın qanını tökdülər
21 noyabr 2012 12:23 (UTC +04:00)

Bakıda məktəbli oğlanın qanını tökdülər

Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Yeni Günəşli qəsəbəsində Bakı şəhər sakini 19 yaşlı Emil Rəsulov şəxsi münasibətlər zəminində Pərviz Piriyevi bıçaqlayıb. P.Piriyev ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Suraxanı RPİ 33-cü PB-nin əməkdaşları hadisəni törədən E.Rəsulovu yaxalayıb.

Qeyd edək ki, bıçaqlanan P.Piriyevin 15 yaşı var və o orta məktəbin 10-cu sinif şagirdidir. Hadisənin səbəbləri hələlik məlum deyil.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2675

Oxşar yazılar