Zəhərli kimyəvi maddə istehsalı zavoduna etiraz
05 may 2013 05:39 (UTC +04:00)

Zəhərli kimyəvi maddə istehsalı zavoduna etiraz

Çinin Kunmin şəhərində təhlükəli kimyəvi maddə istehsal edən zavodun tikintisinə etiraz aksiyası keçirilib.

 

Lent.az-ın məlumatına görə, ölkənin dövlət şirkəti şəhərdən 25 km aralı parakslien (paraksilol) istehsal edən zavod tikməyi planlaşdırır.

 

Sakinlər isə toxuculuqda istifadə olunan yüksək dərəcədə zəhərli maddənin sızacağından ehtiyatlanırlar.

 

Rəsmi informasiya vasitələri etiraz aksiyasında 200 nəfərin, fəallar isə iki mindən çox sakinin iştirak etdiyini bildirib.

 

Məlumata əsasən, Çin hakimiyyəti 2001-ci ildə Dalyan şəhərində həmin maddəni istehsal edən zavodu kütləvi etiraz aksiyaların nəticəsində bağlamışdı. Onda zavoddakı qəzalı vəziyyətə etiraz edilirdi.

 

Çin informasiya vasitələri zavodun Dalyan ətrafından köçürüləcəyini yazsa da, bir müddət sonra müəssisənin həmin yerdə fəaliyyətini bərpa etdiyi bildirilmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 555
avatar

Oxşar yazılar