Yunanıstanın dövlət teleradio şirkəti bağlanıb
12 iyun 2013 02:53 (UTC +04:00)

Yunanıstanın dövlət teleradio şirkəti bağlanıb

Yunanıstan hökuməti  dövlət büdcəsinə qənaət etmək məqsədi ilə dövlət televiziya və radio şirkətinin fəaliyyətini dayandırıb.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, hökumətin mətbuat-katibi Simos Kedikoğlu deyib ki, şirkətin 2500 işçisi işdən azad ediləcək və onların hamısı kompensasiya alacaq.

 

«Bununla yanaşı həmin işçilər  müstəqil olacaq yeni yayım şirkətində işə qəbul üçün ərizə yaza bilər»-deyə, Kedikoğlu söyləyib.

 

Qeyd edək ki, Yunanıstanın dövlət teleradio şirkəti iyunun 11-dən fəaliyyətini dayandırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 437
avatar

Oxşar yazılar