Son günlər Yunanıstanda dövlət teleradio şirkətinin bağlanması ilə əlaqədar ölkədə etiraz aksiyaları keçirilir.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, ölkə hökumətin məsələyə dair qərarını dayandırıb.
Xatırladaq ki, iyunun 11-də Yunanıstan hökuməti dövlət büdcəsinə qənaət etmək məqsədi ilə dövlət televiziya və radio şirkətinin fəaliyyətini dayandırmışdı.
Hökumətin mətbuat-katibi Simos Kedikoğlu bunu şirkətin fəaliyyətinin «şəffaf olmaması, israfçılıqla» izah edib.
Hökumətin bu qərarından iki gün sonra teleradio şirkətinin bağlanmasına etiraz aksiyaları keçirilib.
Bu tədbirlərdə ölkənin bütün KİV-in işçiləri və həmkarlar təşkilatları iştirak edib.
Qeyd edək ki, şirkətin 2500 işçisi olub.