İraqın paytaxtı Bağdadda terror ara vermir. Lent.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu dəfə baş vermiş terror aktı nəticəsində 23 nəfər ölüb, 100-dən şəxs isə yaralanıb. Ölən və yaralananların hamısının şiələr olduğu bildirilir. Hadisənin “Əl-Qaidə” terror təşkilatı tərəfindən törədildiyi ehtimal edilir.