Noyabrın 17-də İraqda terrorçuluqda təqsirli bilinən 12 məhkum edam edilib.
APA-nın “Agence France-Presse”yə istinadən xəbərinə görə, hadisə barədə məlumat bu gün yayılıb.
Edam olunanların hamısı İraq vətəndaşıdır. Hökumət nümayəndələri ölüm hökmlərinin detallarını açıqlamaqdan imtina ediblər.
Qeyd edək ki, bu il İraqda 144 edam hökmü icra edilib. Bu isə 2012-ci ildə həyata keçirilən edamlardan 15 fakt çoxdur.