Yəmənin əsas neft ixrac kəmərində yenə partlayış olub. Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu olay kəmər əvvəlki partlayışdan bərpa olunduqdan sonra baş verib.
Ölkənin Mərib əyalətində yerləşən bu neft kəməri ilə gündə 125 min barel «qara qızıl» Qırmızı dənizdəki Pas İsa terminalına nəql olunur.
Partlayış isə kəmərin Sana və Marib şəhərləri arasındakı ərazidə baş verib. Bu ilk olay deyil sonuncu dəfə kəmər mayın 24-də partladılıb.
Mənbə bildirib ki, yerli hakimiyyət partlayışda yerli tayfanın yaraqlılarını ittiham edir. Rəsmilərin qənaətincə, onların çoxu işsizdir və Yəmən ordusuna daxil olmalarını tələb edirlər.