Fələstin Azadlıq Təşkilatının sədri və Muxtariyyətinin prezidenti Yasir Ərəfatın ölümünün səbəbi açıqlanıb.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, Ərəfatın cəsədinin qalıqlarının ekspertiza müayinəsi zamanı onun polonium radioaktiv maddəsindən zəhərləndiyi bildirilib.
Onun dul xanımı Suxa bu haqda deyib: «Biz bir cinayətin üstünü açdıq. Bu siyasi qətldir».
İsveçrənin Lozanna İnstitutunun mütəxəssisləri müayinə edilən materialı bir araşdırıblar. Uzunmüddətli araşdırmanın nəticələri Fələstin hökumətinə verilib.