Yaşayış üçün əlverişli planet aşkarlanıb
19 aprel 2013 06:13 (UTC +04:00)

Yaşayış üçün əlverişli planet aşkarlanıb

ABŞ Milli Kosmos Agentliyinin astronomları Yerə oxşar iki planet aşkarladıqlarını bildirib. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, nəzəri cəhətdən orada həyat üçün uyğun şəraitin olduğu bildirilib.

 

Alimlərin hesablamasına əsasən, bu planetlər Yerdən 1200 işıq il uzaqlığında yerləşir. Onlar «Kepler 62» adlı ulduzun ətrafında fırlanır.

 

Araşdırıcılar bildirib ki, onlar həm ölçülərinə, həm də ulduzdan ayrılmasına görə Yer kürəsinə oxşayır. Bununla belə planetdə su və atmosferin olması hələ müəyyənləşməyib.

 

Bu kəşf barəsində «Science» adlı jurnalda açıqlama verilib.

 

 

# 1910
avatar

Oxşar yazılar