Ukrayna prezidenti Viktor Yanukoviçin Litva paytaxtı Vilnüsdə keçiriləcək Avropa Birliyinin Şərq tərəfdaşlıq sammitində iştirakı ölkə başçısının fəaliyyət qrafikindədir.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, prezident administrasiyasının beynəlxalq məsələlər üzrə baş idarəsinin rəhbəri Andrey Qonçaruk bu haqda agentliyə bildirib.
«Səfər planı gündəlikdədir» - deyə, o, söyləyib.