Yanukoviçdən sərt bəyanat: «Parlamenti buraxacağam»
13 aprel 2013 07:50 (UTC +04:00)

Yanukoviçdən sərt bəyanat: «Parlamenti buraxacağam»

Ukrayna prezidenti Viktor Yanukoviç ölkə parlamentinin işini deputatların əngəllədiyini bildirib.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, Ali Radanın fəaliyyəti ilə bağlı o, bunları söyləyib: «Ali radada siyasətçiləri oyunbazlığı məni rahatsız edir. Bu isə bütövlükdə xalq əziyyət çəkir.Əgər şərait tələb edərsə, onda daha sərt ssenarinin, növbədəkənar parlament seçkilərin keçirilməsini elan etməyə mən də hazıram».

 

Məclisin işindəki çatışmazlığa görə, o, müxalifəti qınayıb.

 

«İşləməyən parlament Ukraynaya gərək deyil. O, dövlətimizə çox baha başa gəlir. Anlaşa bilməzlərsə, onda insanlar yeni seçərlər» - deyə, ölkə başçısı bildirib.

 

# 465
avatar

Oxşar yazılar