Rusiyanın baş naziri Dmitri Medvedev Yakutiyanın üç rayonuna ərzaq çatdırılması ilə bağlı yardım edilməsi haqda göstəriş verib.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, əlverişsiz hava şəraiti ucbatından bu rayonlara ərzaq çatdırılmasında fasilələr yaranıb. Bu isə həmin bölgə əhalisinin aclıqla üzləşməsinə səbəb olub.
Baş nazirin mətbuat ktaibi Natalya Timakova bildirib : «Hökumət başçısı dövlət ehtiyat fondundan həmin rayonlara ərzaq göndərilməsinə dair uyğun quruma tapşırıq verib»
Rusiya informasiya vasitələrinin məlumatına əsasən, yerli hərbçilər həmin rayonlara ərzaq çatdırılmasına hazır olduqlarını bildiriblər.