İranın ali rəhbəri ayətullah Seyid Əli Xamneyinin sağlıq durumu haqda yenə şayiə yayılıb.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, oktyabrın 5-dən o, kütlə qarşısında görünmür. Bu isə onun səhhəti haqda şayiələrin ayaq-açıb yeriməsinə səbəb olub.
Bəzi mənbələr onun bu yaxınlarda özündən getdiyi haqda xəbər yayıb.
Mənbə bildirib ki, bu il o, Həcc ziyarətinə gedən zəvvarlar qarşısında ənənəvi çıxışını etməyib. Bundan başqa şiələrin bayramında da görünməyib. Bu da bəzi şərhçilərə onun səhhətinin ağırlığı və ya vəfat etdiyi barədə söz-söhbətin yaranmasına səbəb olub.
«Əl-Ərəbiyyə» telekanalı Xamneyinin həkim nəzarəti altında olması haqda «The Times»-in məlumatını yayıb.
İsrailin «Debka» saytı isə bildirib ki, İran - Rusiya –ABŞ üçtərəfli razılığın hazırlanmasında iştirak etdiyi üçün kütlə qarşısına çıxmır.
Qeyd edək ki, noyabrın 1-də demoqrafik problemlə bağlı ölkədə keçirilən konfrans iştirakçılarına Xamneyinin müraciətini baş xəbər kimi yayıb. Məlumata əsasən, müraciət yazılı olub, onu konfransı iştirakçılarına oxuyublar. Xəbərdə isə ölkə liderinin portretini deyil, onun sənədi imzalayarkən əlinin fotosunu yerləşdiriblər.
Xatırladaq ki, 1980-ci illərdə terror aksiyası zamanı aldığı zədədən sonra onun səhhətində problemlərin ara-sıra üzə çıxdığı bildirilir. Həmin teraktdan sonra onun sağ əli iflic olub.
Qeyd edək ki, Seyid Əli Xamneyi 1939-cu ildə anadan olub. Ayətullah Ruhulla Xomeynin ən yaxın silahdaşı sayılıb. 1981-ci ildə ölkənin prezidenti seçilib. Xomeyni vəfat etdikdən sonra ölkəni ali rəhbəri, vilayəti-fəqihdir.